Sosial şəbəkədə biz:

Müştəri “Bürc qala” restoranından şikayət etdi

04 January 2018, 14:29
Gündəm
Sosial şəbəkələrdə İçərişəhərdəki məşhur “Bürc qala” restoranı ilə bağlı şikayət yayılıb. Azinforum.az-ın  məlumatına görə, Oruc Oruclu adlı istifadəçi bu il yanvarın 2-də restoranda olarkən ofisinta samovar çayı sifariş etdiklərini, lakin rədd cavabı aldıqlarını bildirib: “Ofisiant dedi ki, samovar çayı ancaq yemək yeyənlər üçündür… Bizə ancaq sadə çayla dəstgah verə biləcəyini dedi”. O.Oruclu restoranı qınayaraq əslində onların 20 manatdan çox pul xərcləyəcək müştərini itirdiklərini vurğulayıb: “Halbuki, samovar çayı, mürəbbə və paxlava sifariş verəcəkdik. Bu ən ucuz 20 manatlıq çay dəstgahından daha çox hesab tuturdu”. Qeyd edək ki, “Bürc qala” muzey-restoran kimi fəaliyyət göstərir.