Sosial şəbəkədə biz:

İki azyaşlı uşaq həlak oldu - Qobustanda dəhşət

04 January 2018, 15:36
Gündəm
Qobustan rayonu Qaracüzlü kəndində birmərtəbəli 4 otaqlı ev yanıb. “Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.