Sosial şəbəkədə biz:

Şəmkirdə üç uşaq anası özünü asdı

04 January 2018, 19:03
Gündəm
Şəmkir rayonunda intihar hadisəsi baş verib.  Azinforum.az - ın Apa - ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Posanlı kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Aygün Hüseynova yaşadığı evdə özünü asaraq intihar edib. A. Hüseynovanın 3 azyaşlı övladı var. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Məlumata görə, Hüseynovlar ailəsinin maddi durumu həddən artıq ağırdır. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.