Sosial şəbəkədə biz:

Sabirabadda boğazında qoz qalan 7 aylıq uşaq öldü

05 January 2018, 09:59
Gündəm
Sabirabadda 7 aylıq körpə boğazında boğularaq ölüb.
Azinforum.az APA-ya istinadən xəbər verir ki, Sabirabadın Əsədli kənd sakini, 7 aylıq Mənsimli Münəvvər Allahverdi qızı boğazın qırtlaq hissəsində yad cismin qalması şikayəti ilə Sabirabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Lakin körpənin asfiksiya (boğulma) nəticəsində xəstəxanaya gətirilərkən yolda öldüyü müəyyənləşib. Onun boğazında qoz qaldığı bildirilir.