3 yaşlı şahmatçı dünya rekordu qırdı
Hindistandan olan Sarvaqya Sinq Kuşvaha 3 yaşında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi reytinqini alaraq dünya rekordunu qırıb.
O, tarixdə FIDE reytinqi əldə edən ən gənc şahmatçı kimi qeydə alınıb.
Sarvaqya bu nailiyyətlə əvvəlki rekordçu – hindistanlı Aniş Sarkarı geridə qoyub. Bildirilir ki, o, yerli turnirlərdə üç reytinqli şahmatçını məğlub edib və sürətli şahmat üzrə reytinqi 1572-yə çatıb.