Sosial şəbəkədə biz:
AFFA İntizam Komitəsi "Neftçi" futbol klubunu cərimələyib
Xəbər Şəkli

AFFA İntizam Komitəsi "Neftçi" futbol klubunu cərimələyib

07 November 2025, 08:16
İdman

Bu barədə AFFA məlumat yayıb.

Buna Misli Premyer Liqasının X turunda "Kəpəz"lə matçın 75-ci dəqiqəsində meydana kənar şəxsin daxil olması səbəb olub.

"Ağ-qaralar" bu səbəbdən 2500 manat ziyana düşüb.

Gəncə təmsilçisi isə sözügedən qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ödəyəcək.

"Turan Tovuz" "Şamaxı" ilə dueldə 4 oyunçusu sarı vərəqə aldığı üçün, "Sumqayıt" isə "Araz-Naxçıvan"la görüşdə eyni hal yaşandığna görə 700 manat cərimələnib.