Sosial şəbəkədə biz:
"Araz-Naxçıvan" Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
Xəbər Şəkli

"Araz-Naxçıvan" Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb

31 August 2025, 10:17
İdman

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Naxçıvan təmsilçisi ilkin mərhələnin sonuncu matçında Avstriya çempionu "Ljuti Krajişniçi" klubu ilə üz üzə gəlib.

Linz şəhərindəki NMS İdman Sarayında keçirilən qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə başa çatıb - 12:3.

Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda yer aldığı F qrupunda daha əvvəl Şimali İrlandiyanın "Sparta Belfast" klubunu 9:1, Şotlandiya təmsilçisi "PYF Saltires"i isə 7:2 hesabı ilə məğlub edib.

Beləliklə, Naxçıvan təmsilçisi F qrupunun qalibi kimi UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, əsas mərhələnin oyunları oktyabrın 26-dan noyabrın 2-dək baş tutacaq.

Report