Azərbaycan cüdoçusu Fransada qızıl medal qazandı
Fransanın paytaxtı Parisdə Böyük Dəbilqə turniri start götürüb.
İlk yarış günündə təmsilçimiz qızıl medal qazanıb.
Balabəy Ağayev finalda Ukrayna təmsilçisi Dilşot Xalmatova qalib gələrək karyerasında 3-cü dəfə Paris Böyük Dəbilqəsində çempion olub.