Sosial şəbəkədə biz:
Azərbaycan güləşçiləri Yunanıstanda dünya çempionu oldular
Xəbər Şəkli

Azərbaycan güləşçiləri Yunanıstanda dünya çempionu oldular

26 September 2025, 08:17
İdman

Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə U17 dünya çempionatında Azərbaycan idmançıları böyük uğur qazanıblar. 
Belə ki, 55 kq çəki dərəcəsində çıxış edən Ülviyyə Musayeva finalda yaponiyalı Reisa Kojimaya 4:0 hesabıyla qalib gələrək dünya çempionu olub. O, yarımfinalda polşalı Aqata Kuçarskayanı 3:2, 1/4 finalda isə britaniyalı Naosi Makmanusanı 3:0 hesabıyla məğlub etmişdi.

Digər uğurumuzu 80 kq çəki dərəcəsində Nihad Süleymanlı qazanıb. O, finalda gürcüstanlı Nuradin Mustafayevi 3:0 hesabıyla üstələyərək dünya çempionu tituluna yiyələnib. Süleymanlı yarımfinalda iranlı Abulfazl Saadatini 4:0, 1/4 finalda isə həmyerlisi Elvin Hacıquliyevi 3:0 hesabıyla məğlub edib.

Beləliklə, Azərbaycan güləşçiləri Yunanıstanda keçirilən U17 dünya çempionatında iki qızıl medal qazanıblar.