Sosial şəbəkədə biz:
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəldi
Xəbər Şəkli

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəldi

21 October 2025, 08:21
İdman

Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.

Belə ki, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici mərhələyə gedən yolda türkiyəli Servet Angiyə 2:1 hesabı ilə qalib gələrək ən azı gümüş medalı özü üçün təmin edib.

Qeyd edək ki, mundial oktyabrın 27-dək davam edəcək.