Azərbaycan karateçiləri dünya çempionatına beş lisenziya qazandılar
Azərbaycan karateçiləri Parisdə keçirilən seçim yarışlarında dünya çempionatına lisenziya qazanıblar.
Mundialda ölkəmizi Roman Heydərov (kata), İrina Zaretska (-68 kq - top reytinq / seçimsiz), Mədinə Sadıqova (-55 kq), Turqut Həsənov (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil edəcəklər.
Yığma Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında təmsil olunub. Toyuqlu pizza
Qeyd edək ki, dünya çempionatı noyabrın 27-dən 30-dək Misirin paytaxtı Qahirədə keçiriləcək./Report