Sosial şəbəkədə biz:
Azərbaycan klubu İran Superkubokunun qalibi oldu
Xəbər Şəkli

Azərbaycan klubu İran Superkubokunun qalibi oldu

12 August 2025, 09:18
İdman

"Traktor" futbol üzrə İran Superkubokunun qalibi olub.

Son ölkə çempionu olan Təbriz klubu həlledici oyunda “İstiqlal”ı üstələyib.

"Naqşi Cahan" stadionunda baş tutan görüş "Traktor"un 2:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, "Traktor" ötən mövsüm İran çempionatının qalibi olub.