Sosial şəbəkədə biz:

Azərbaycanın güləş millisi dünya çempionatını 4 medalla başa vurdu

Azərbaycanın güləş millisi dünya çempionatını 4 medalla başa vurdu

Azərbaycanın güləş millisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatını 1 qızıl, 3 bürünc medalla başa vurub.

Azinforum.az Güləş Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, son yarış günündə 4 çəkidə güləşçilərimiz medallar uğrunda mübarizə aparıblar.

Onlardan ikisi fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Pepperoni pizza

Həsən Həsənov (60 kq) təsəlliverici görüşlərdə yunanıstanlı Pavlos Ntiantiadislə qırğızıstanlı Ulukman Jekşenkulov (7:2) üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz həlledici qarşılaşmada kanadalı Natan Naşı minimal fərqlə (5:4) üstələyərək bürünc medal qazanıb.

Ramal Mirhüseynov (51 kq) təsəlliverici görüşdə hindistanlı Danraj Jamnikə 4:7 hesabı ilə məğlub olub.

Rəşad Veysəlov (71 kq) ilk təsəlliverici görüşdə gürcüstanlı Koba Qoquadzeyə 12:10 hesabı ilə qalib gəlsə də, ikinci təsəlliverici görüşdə özbəkistanlı Farruxbek Jumanazarova "tuş"la uduzub.

Səid Paşayev (92 kq) təsəlliverici görüşdə ukraynalı Samir İbişovdan güclü olub - 2:0. Avropa çempionumuz bürünc medal uğrunda qarşılaşmada isə qazaxıstanlı Beibaris Yerqaliyə 5:3 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub.

Ötən gün Hüseyn İsmayılov (65 kq) dünya çempionu olmuş, Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutmuşdu.

Qeyd edək ki, Azərbaycan 90 xalla komanda hesabında 4-cü pillədə qərarlaşıb və ilk "3-lüy"ü qapayan Qazaxıstandan cəmi 1 xal geri qalıb. ABŞ 154 xalla dünya çempionu olub, İran 150 xalla ikinci yeri tutub.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol