Azərbaycanlı gənc futbolçu "Barselona"da cıxış edəcək
Azərbaycanlı gənc futbolçu İbrahim Babayev İspaniyanın "Barselona" klubuna keçib.
Bu barədə iş adamı Adnan Əhmədzadə "Instagram" səhifəsində paylaşım edib.
Bildirilib ki, gənc futbolçu "Barselona"nın gənclər komandasında çıxış edəcək.
"Bu əlamətdar hadisə onun karyerasında yeni səhifə və Azərbaycan üçün qürurverici nailiyyətdir", - deyə iş adamı yazıb.