Bakının etirazı nəticə verəcəkmi?
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) erməni fiqurlu konkisürənlər cütlüyü — Karina Akopova və Nikita Raxmaninin “artsax” adlı musiqi kompozisiyası altında çıxış etməyi planlaşdırması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi etiraz göndərdiyi barədə məlumat vermişdik.
Azərbaycan MOK BOK-un diqqətinə çatdırıb ki, “artsax” termini Ermənistanın uzun illər ərzində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı apardığı qanunsuz və separatçı siyasətin ideoloji mahiyyətini əks etdirir.
Müraciətdə qeyd olunur ki, Olimpiya Oyunları kimi siyasətdən kənar qalmalı olan beynəlxalq idman tədbiri üçün belə proqram seçimi açıq siyasi və ideoloji xarakter daşıyır və Olimpiya dəyərlərinə ziddir. Müraciətdə bildirilib ki, bu kimi hallar Olimpiya Oyunlarının ruhuna, idman etikasına və beynəlxalq idman prinsiplərinə zərər vurur, Olimpiya hərəkatının neytrallıq prinsipini pozur və regionda sülh və qarşılıqlı etimad mühitini zəiflədir.
O deyib ki, Ermənistanı təmsil edən Nikita Raxmanin və Karina Akopovaya onun treki altında çıxış etməyə rəsmi icazə verib.
“Konkisürənlər şəxsən mənə icazə üçün müraciət ediblər. Mən razılığımı verdim və Olimpiya Komitəsinə təqdim etmək üçün rəsmi təsdiq göndərdim. Onların məşqinin videosunu aldım - məhz bu musiqinin sədaları altında konkisürmə ilə məşğul olurlar", - deyə o əlavə edib. Azərbaycanın reaksiyasına gəldikdə, Gevorgyan qeyd edib ki, əsərlərində toponimlərdən istifadə edir və Azərbaycanın qədim yurdlarının qondarma adlarına(məsələn, “Tiqrakert”(Xankıəndi) musiqi bəstələyib. Gevorkyan onu da deyib ki, “artsax” olimpiadalarda bundan əvvəl üç dəfə dəfə səslənib. “2002-ci ildə Solt Leyk Sitidə, daha sonra 2006-cı ildə Turin Olimpiadasında və daha sonra 2016-cı ildə Rio-de-Janeyroda” deyə, o bildirib.
Sonda qeyd edək ki, Qış Olimpiya Oyunlarının açılış mərasimi dünən gecə Milanda keçirilib.