Sosial şəbəkədə biz:

Beynəlxalq Hokkey Federasiyası CAS-ın Rusiyanın xeyrinə olan qərarından şikayət verdi

Beynəlxalq Hokkey Federasiyası CAS-ın Rusiyanın xeyrinə olan qərarından şikayət verdi
Xəbər Şəkli
14 November 2026, 10:14
İdman

Beynəlxalq Buz Hokkeyi Federasiyası (IIHF) İdman Arbitraj Məhkəməsinin (CAS) Rusiya milli komandalarının turnirlərdə iştirakına icazə verən qərarından apellyasiya şikayəti verib.

IIHF-in şikayətində məhkəmənin işə baxan üç hakimindən ikisinin Rusiya ilə açıqlanmayan işgüzar əlaqələrinin olduğu qeyd edilir. Buna görə də qəbul edilən qərara başıqa hakimlər tərəfindən yenidən baxılması tələb olunur.

Onu da qeyd edək ki, CAS-ın qərarından sonra əksər Avropa, həmçinin Kanada komandaları Rusiya hokkeyçiləri ilə oyuna çıxmayacaqlarını bəyan ediblər. Eyni zamanda Kanada hökuməti dekabrda keçiriləcək yeniyetmələr arasında keçirilən dünya çempionatında Rusiya komandasının ölkəyə girişinə icazə verməyəcəyini açıqlayıb.