Sosial şəbəkədə biz:

Messi getdi, Argentina ilk oyunda məğlub oldu

Messi getdi, Argentina ilk oyunda məğlub oldu
Xəbər Şəkli
14 November 2026, 10:41
İdman

Argentina milli futbol komandası evdə Uruqvaya qarşı yoldaşlıq oyununda 2-1 hesabı ilə məğlub olub.

 Argentinalıların müdafiəçisi Leonardo Balerdi 48-ci dəqiqədə topu öz qapısından keçirib. Uruqvay millisində isə 53-cü dəqiqədə Maksimiliano Arauxo hesabı ikiyə çatdırıb. Xulian Alvarezin 73-cü dəqiqədə fərqlənməsi isə Argentina millisi üçün təsəllidən başqa bir şey olmayıb.

Qeyd edək ki, milli komandada karyerasının başa çatdığını elan edən Lionel Messinin vida matçından sonra Argentina milli komandası ilk oyununu keçirib. Argentinalılar 2023-cü ilin noyabr ayından bəri ilk dəfə ev oyununda məğlub olublar. O zaman onlar 2026-cı il Dünya Çempionatı üçün seçmə mərhələnin matçında Uruqvaya 2-0 hesabı ilə məğlub olmuşdular. Argentina növbəti yoldaşlıq oyununu Kosta-Rikaya, Uruqvay isə dominikanlılara qarşı keçirəcək. oxu.az