Sosial şəbəkədə biz:
“Çelsi” vs "PSJ": Dünya çempionu kim olacaq?
Xəbər Şəkli

“Çelsi” vs "PSJ": Dünya çempionu kim olacaq?

13 July 2025, 01:21
İdman

Bu gün futbol üzrə klublararası dünya çempionatına yekun vurulacaq.

ABŞ-də keçirilən turnirin final oyunu İngiltərənin “Çelsi” və Fransanın PSJ komandaları arasında baş tutacaq.

Nyu-Cersi ştatında yerləşən "MetLayf" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinalda London təmsilçisi Braziliyanın “Fluminense” kollektivini, Paris klubu isə İspaniya “Real Madrid”ini mübarizədən kənarlaşdırıb.