Sosial şəbəkədə biz:
Çempionlar Liqası: "Qarabağ" "Napoli"yə məğlub olub
Xəbər Şəkli

Çempionlar Liqası: "Qarabağ" "Napoli"yə məğlub olub

26 November 2025, 08:07
İdman

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda səfərdə "Napoli" (İtaliya) ilə qarşılaşıb.

"Stadio Diego Armando Maradona" stadionunda reallaşan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 66-cı dəqiqədə açılıb. Skott Maktominey adını tabloya yazdırıb. 72-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub.

Bununla da "köhlən atlar" cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində ikinci məğlubiyyətini alıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv VI turda, dekabrın 10-da Bakıda Niderlandın "Ayaks" kollektivini qəbul edəcək.