Sosial şəbəkədə biz:
Ceyhun Bayramov "Napoli" - "Qarabağ" oyununu stadiondan izləyib - FOTO
Xəbər Şəkli

Ceyhun Bayramov "Napoli" - "Qarabağ" oyununu stadiondan izləyib - FOTO

26 November 2025, 08:43
İdman

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Napoli" - "Qarabağ" qarşılaşmasını stadionda izləyib.

Bu barədə Azərbaycan XİN-in sosial media hesablarında paylaşım edilib.

Həmçinin nazir özünə məxsus sosial media hesabında paylaşım edərək görüşlə bağlı fikirlərini bölüşüb.

"Oyun başa çatdıqdan sonra "Qarabağ" FK-nın prezidenti Tahir Gözəl ilə birlikdə futbolçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan "Napoli"yə qarşı göstərdikləri qətiyyətli çıxışa görə minnətdarlığımızı bildirdik. Onlara qarşıdakı oyunlarda davamlı uğurlar arzuladım", - nazir qeyd edib.

Qeyd edək ki, Ceyhun Bayramov və nümayəndə heyəti İtaliyada rəsmi səfərdədir.