Sosial şəbəkədə biz:
ÇL I "Qarabağ" cavab oyununa bu gün çıxacaq
Xəbər Şəkli

ÇL I "Qarabağ" cavab oyununa bu gün çıxacaq

12 August 2025, 11:19
İdman

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa bu gün çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Matçı niderlandlı Danni Makkeli idarə edəcək.

Skopyedəki ilk oyunda Azərbaycan çempionu bir cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, bu cütün qalibi pley-offda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının pley-offunda görüşəcək. Macarıstandakı cavab matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Bolqarıstandakı ilk qarşılaşmada hesab açılmayıb.