Cüdoçularımız Avropa çempionları oldu
Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında idmançılarımız fəxri kürsüyə qalxıb.
60 kq çəki dərəcəsində çıxış edən Nihad Məmişov finalda İtaliya təmsilçisi Françesko Sampino üzərində qələbə qazanaraq qızıl medala yiyələnib.
66 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov həlledici görüşdə İsrail təmsilçisi Şalev Kohenə qalib gələrək bürünc medala sahib olub.
66 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev finalda Fransa təmsilçisi Aleksis Renara ipponla qalib gələrək qızıl medal əldə edib.

