Cüdoçumuz “Qran-pri”nin qalibi oldu
Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Avstriyanın Linz şəhərində keçirilən “Qran-pri”nin qalibi olub.
Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
İdmançımız finalda braziliyalı Ronald Limanı məğlub edib.
Murad Muradlı (60 kq) ilə İslam Rəhimov (66 kq) yarışı medalsız başa vurublar.