DÇ-2026-nin Avropa üzrə seçmə mərhələsinin növbəti oyunları baş tutub - NƏTİCƏLƏR
2026-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları baş tutub.
"Report"un məlumatına görə, F, H, K qruplarında ümumilikdə 6 qarşılaşma keçirilib.
İngiltərə yığması evdə Andorra millisini qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Avstriya seçməsi doğma meydanda Kipr yığması ilə qarşılaşıb. Oyun ev sahiblərinin 1:0 qələbəsi ilə yekunlaşıb.
DÇ-2026, seçmə mərhələ
6 sentyabr
F qrupu
20:00. Ermənistan – Portuqaliya – 0:5
22:45. İrlandiya – Macarıstan – 2:2
H qrupu
22:45. San Marino - Bosniya və Herseqovina – 0:6
22:45. Avstriya - Kipr - 1:0
K qrupu
17:00. Latviya – Serbiya – 0:1
22:45. İngiltərə - Andorra – 2:0