Dünya çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazandı
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən düyna çempionatında finala yüksəlib.
İdmançı yarımfinalda Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Meşvildişvili həlledici görüşə vəsiqə qazanıb. Medal qarşılaşmaları sabah baş tutacaq.
Qeyd edək ki, mundial sentyabrın 21-də başa çatacaq.