Sosial şəbəkədə biz:
“Fənərbağça” ən bahalı transferini etməyə hazırlaşır
Xəbər Şəkli

“Fənərbağça” ən bahalı transferini etməyə hazırlaşır

08 January 2026, 08:52
İdman

"Fənərbağça" klubu Matteo Genduzi üçün etdiyi təklifi yüksəldib.

"Sarı-lacıvərdlilər" fransalı yarımmüdafiəçi üçün "Latsio"ya 28+2 milyon avro təklif edib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Rəqəmlər əvvəlki ilə eyni qalıb. Sadəcə ödəmə müddəti tezləşdirilib.

Fransalı futbolçu İstanbul nəhənginə transfer olmağa yaxındır.

26 yaşlı Genduzi 2023-cü ildən "Latsio"da çıxış edir. O, cari mövsüm 16 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.//Offsideplus.az