Sosial şəbəkədə biz:
“Hansı ağılla qələbə və ya heç-heçə gözləyirdiniz?”
Xəbər Şəkli

“Hansı ağılla qələbə və ya heç-heçə gözləyirdiniz?”

06 September 2025, 11:56
İdman

“Başdan demişdilər ki, əlimizdən gələni edəcəyik! Əllərindən gələni söz verdikləri kimi etdilər!”

Bu ironik fikirləri millət vəkili Fazil Mustafa futbol üzrə Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsində səfərdə İslandiyaya 5:0 hesablı məğlubiyyətinə münasibət bildirərkən sosial şəbəkədə yazıb. 

Millət vəkili qeyd edib ki, futbolçular əlləri ilə nə topa toxundular, nə də qol vurdular: pizza hut

“5-0 fikrimcə faciəli hesab deyil! Futbol idarəçiliyində beşcə nəfər futbol anlayan adam olmayanda hansı ağılla İslandiya səfərindən qələbə və ya heç-heçə gözləyirdiniz? 

Ancaq nədənsə futbolçularımız ayaqlarından gələni edə bilmədilər! Sadəcə ağlına gələnləri etdilər və sevindirici nəticə göz qabağındadır! Allahı sevərsiniz, növbəti oyunda ayağınızdan gələni etməyə söz verin!”