Sosial şəbəkədə biz:
III MDB Oyunları başa çatıb, Azərbaycan ikinci olub
Xəbər Şəkli

III MDB Oyunları başa çatıb, Azərbaycan ikinci olub

09 October 2025, 08:11
İdman

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yarışlara yekun vurulub.

 

Son yarış günündə Şəkidə keçirilən bədii gimnastika üzrə mübarizədə idmançılarımız ümumilikdə 6 medal qazanıblar.

 

Bununla da Azərbaycan Oyunları 184 medalla başa vurub. Medallardan 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc olub. Bu nəticə ilə yığmamız ümumi sıralamada ikinci yeri tutub. Turnirin qalibi Rusiya olub.

 

Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən keçirilən MDB Oyunlarında öz tarixinin ən yaxşı nəticəsini göstəriblər. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), II Oyunlarda isə 62 (10 qızıl, 17 gümüş, 35 bürünc) medal qazanmışdı.

 

Apasport