Sosial şəbəkədə biz:
Karateçimiz İslamiadanın qalibi oldu
Xəbər Şəkli

Karateçimiz İslamiadanın qalibi oldu

13 November 2025, 08:19
İdman

Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

Belə ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada türkiyəli Eda Eltamurla üz-üzə gəlib. Rəqibini 5-3 hesabı ilə məğlub edən İ. Zaretska İslamiadanın üçqat qalibi olub.

Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova (55 kiloqram) və Roman Heydərov (kata) VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıblar.