Sosial şəbəkədə biz:
"Liverpul"un baş məşqçisi: "Rəqib komandaya hörmətlə yanaşırdıq"
Xəbər Şəkli

"Liverpul"un baş məşqçisi: "Rəqib komandaya hörmətlə yanaşırdıq"

29 January 2026, 09:14
İdman

İngiltərənin "Liverpul" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turundakı rəqibi "Qarabağ"a hörmətlə yanaşıb.

"Report" xəbər verir ki, bunu mersisaydlıların baş məşqçisi Arne Slot Ağdam təmsilçisi ilə matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis evdə "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:

"Maraqlı oyuna şahidlik etdik. Rəqibə hörmətlə yanaşırdıq. Çətin matçları geridə qoyduq. Çempionlar Liqasında ilk "8-lik"də yer almaq sevindiricidir".

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib.