Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məhəmməd Muradlı şahmat üzrə Azərbaycan çempionu olub
Xəbər Şəkli
Məhəmməd Muradlı şahmat üzrə Azərbaycan çempionu olub
22 February 2026, 09:50
İdman
Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.
Cavab oyunlarında ilk gedişi rəmzi olaraq gənclər və idman naziri Fərid Qayıbov edib.Şəhriyar Məmmədyarov-Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub. Ağ fiqurlarla çıxış edən Məhəmməd Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan Məhəmməd Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.