Milanda XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Milandakı “San Siro” stadionunun mərkəzində İtaliyanın tarixini və gələcəyini simvolizə edən vizual şou təqdim olunub.
Sonra İtaliyanın Dövlət Himni ifa edilib və bu an stadionun üzərində nəhəng üçrəngli (yaşıl, ağ, qırmızı) atəşfəşanlıq baş tutub.


Parad zamanı milli komandalar müəyyən edilmiş ardıcıllıqla stadiondan keçib. Parad ənənəyə uyğun olaraq, Yunanıstanla başlayıb. Ev sahibləri arenaya mərasimin sonunda daxil olublar.
Açılış mərasimini Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev də izləyir.
XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğrunda yarışacaqlar. “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
