Sosial şəbəkədə biz:
MMA döyüşçümüz UFC-dəki növbəti görüşündə məğlub oldu
Xəbər Şəkli

MMA döyüşçümüz UFC-dəki növbəti görüşündə məğlub oldu

01 February 2026, 09:49
İdman

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatındakı (UFC) növbəti görüşündə məğlub olub.

32 yaşlı idmançı Avstraliyanın Sidney şəhərində keçirilən UFC 325 turnirində braziliyalı Maurisio Ruffi ilə üz-üzə gəlib.

Cənubi amerikalı döyüşçü ikinci raundda nokautla qələbə qazanıb.

Qeyd edək ki, UFC-də 13 qalibiyyəti olan Fiziyev beşinci məğlubiyyətini alıb.