Nazirlik 127 minə arenanı 3 günlük icarəyə götürür
Gənclər və İdman Nazirliyi “Milli Gimnastika Arenası” MMC (VÖEN – 1602057861) ilə satınalma müqaviləsi bağlayıb.
Nazirlik müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə, nazirlik Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçmə mərhələsinin (VIII Respublika Robot Olimpiadası) keçirilməsi üçün Milli Gimnastika Arenasını icarəyə götürəcək və qarşılığında 127 min 375 manat 10 qəpik ödəyəcək.
Qeyd edək ki, VIII Respublika Robot Olimpiadası 3 gün ərzində – 26-28 sentyabr tarixlərində keçiriləcək.
Yeniavaz