Sosial şəbəkədə biz:
"Qarabağ" Avstriyada sonuncu yoxlama oyununu keçirəcək
Xəbər Şəkli

"Qarabağ" Avstriyada sonuncu yoxlama oyununu keçirəcək

15 July 2025, 02:03
İdman

Təlim-məşq toplanışını Avstriyada davam etdirən "Qarabağ" bu gün sonuncu - 4-cü yoxlama matçını keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu "Zaltsburq" ilə qarşılaşacaq.

Görüş Kaprun stadionunda, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" Avstriya toplanışını iyulun 16-da başa çatdıracaq.