Sosial şəbəkədə biz:
“Qarabağ” klubu 65 milyondan çox pul alıb
Xəbər Şəkli

“Qarabağ” klubu 65 milyondan çox pul alıb

25 February 2026, 10:59
İdman

"Qarabağ" futbol klubu UEFA tərəfindən təxminən 65.8 milyon manat vəsait əldə edib.

Bunu gənclər və idman naziri Fərid Qayıbov özünün "X"dəki hesabında yazıb.

"UEFA həmrəylik mexanizmi çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən digər klublarımızın hər biri təxminən 1.6 milyon manat əlavə vəsait qazanacaq" , o qeyd edib.

Fərid Qayıbovun sözlərinə görə, "Qarabağ" ölkəmizdə real potensialı olan idman iqtisadiyyatına mühüm töhfə verib.