Sosial şəbəkədə biz:
“Qarabağ” klubu dünya reytinqində daha üç pillə geriləyib
Xəbər Şəkli

“Qarabağ” klubu dünya reytinqində daha üç pillə geriləyib

10 August 2025, 13:10
İdman

“Qarabağ” klubu dünya reytinqində daha üç pillə geriləyib. “Report”un məlumatına görə, Azərbaycan çempionu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının tərtib etdiyi cədvəldə 137,25 xalla 134-cü yerdə qərarlaşıb.

“Zirə” (84,75 xal) 42 mövqe itirərək 274-cü sıraya düşüb.

”Araz-Naxçıvan” (70.25 xal) 76 pillə irəliləyərək 363-cü, “Sabah” (86 xal) 49 sıra artıraraq 264-cü olub.

Qeyd edək ki, 501 klubun yer aldığı siyahının ilk pilləsində İspaniya təmsilçisi “Real” (520 xal) qərarlaşıb.