Sosial şəbəkədə biz:
“Qarabağ” üç futbolçusu ilə yollarını ayırdı − Rəsmi
Xəbər Şəkli

“Qarabağ” üç futbolçusu ilə yollarını ayırdı − Rəsmi

24 May 2026, 00:36
İdman

“Qarabağ” klubu Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollarını ayırıb.
Bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
“Müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa yekun vurulub. İcarə əsasında komandamızda çıxış edən Sami Mmae isə məxsus olduğu kluba geri qayıdıb.
Futbolçularımıza klubumuzda çıxış etdikləri müddətdə nümayiş etdirdikləri peşəkarlığa, komandamızın uğurlarına verdikləri töhfəyə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq”, - məlumatda deyilir.