"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" bu gecə növbəti oyununa çıxıb.
Təmsilçimiz İngiltərənin "Nyukasl Yunayted" klubu ilə üz-üzə gəlib.
"Sent Ceyms Park" stadionunda keçirilən matç fevralın 25-i, saat 00:00-da başlayıb.
"Nyukasl"ın heyətindən llan Sandro Tonali oyunun 5-ci dəqiqəsində hesabı açaraq matçın ilk qolunu vurub. Oyunun 6-cı dəqiqəsində isə rəqib komandadan Joelinton daha bir qol vuraraq, hesabı 2:0 edib.
Görüşün 3-cü qolunu təmsilçilərimiz hesabına yazdırıb. "Qarabağ"ın heyətində Kamilo Duran oyunun 51-ci dəqiqəsində top fərqini azaldıb - 2:1.
1 dəqiqə sonra "Nyukasl"ın heyətində Botman fərqlənib və oyunun 52-ci dəqiqəsində hesabı 3:1 edib. Ancaq çox keçmir ki, "Qarabağ"ın heyətində olan Elvin Cəfərquliyev top fərqini azaldıb. Oyunun 57-ci dəqiqəsində vurulan qol ilə hesab 3:2 olub.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 3:2 hesabı ilə uduzaraq UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.