Sosial şəbəkədə biz:
“Qarabağ”a yeni qələbələr diləyirəm” - AFFA prezidenti
Xəbər Şəkli

“Qarabağ”a yeni qələbələr diləyirəm” - AFFA prezidenti

13 August 2025, 09:31
İdman

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ” komandasını UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib.

O, bu barədə sosial şəbəkə hesabında yazıb.

“UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın “Şkendiya" klubuna qalib gələrək turnirin pley-off mərhələsinə yüksələn “Qarabağ" komandasını ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm”, - milli assosiasiyanın rəhbəri bildirib. pizza hut

Qeyd edək ki, “Qarabağ” “Şkendiya”nı 5:1 hesabı ilə məğlub edib. Azərbaycanda çempionu səfərdə rəqibini bir cavabsız qolla üstələmişdi.