Sosial şəbəkədə biz:
“Qarabağ”ın ÇL matçının hakimləri bəlli oldu
Xəbər Şəkli

“Qarabağ”ın ÇL matçının hakimləri bəlli oldu

18 July 2025, 01:13
İdman

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə ilk oyununun hakimləri müəyyənləşib.
Belə  ki, II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə keçiriləcək səfər görüşünə Xorvatiyadan olan ədalət təmsilçiləri təyinat alıb.

İyulun 23-də Dublindəki “Tolka Park”da baş tutacaq qarşılaşmanı Ante Çulina idarə edəcək. Luka Puşiç və İvan Mihali oyunun baş hakiminin köməkçiləri olacaqlar. Mateo Erceq dördüncü hakim funksiyasını yerinə yetirəcək.