Sosial şəbəkədə biz:
"Real Madrid"in baş məşqçi postuna əsas namizəd açıqlandı
Xəbər Şəkli

"Real Madrid"in baş məşqçi postuna əsas namizəd açıqlandı

19 January 2026, 09:07
İdman

"Real Madrid"in baş məşqçi postuna iki əsas namizəd açıqlanıb.

İnformasiyanı "Sky Sport Germany" yayıb.

Məlumata görə, onlardan biri bir müddət öncə "Çelsi"dən ayrılan Enso Mareska, digəri isə Zinəddin Zidandır. Mənbə Zidanın DÇ-2026-dan sonra Fransa millisinin "sükanı arxası"na keçəcəyini vurğulayaraq "Kral klubu"nun italiyalı mütəxəssislə anlaşmaq ehtimalının daha yüksək olduğunu vurğulayıb.

Xatırladaq ki, "Çelsi" 2024-cü ilin iyulundan 2026-nın yanvarınadək iş başında olan Mareskanın rəhbərliyi altında UEFA Konfrans Liqasının və klublararası dünya çempionatının qalibi olub.