Sosial şəbəkədə biz:
Ronaldo Ermənistanda dubl etdi, Messini keçdi
Xəbər Şəkli

Ronaldo Ermənistanda dubl etdi, Messini keçdi

08 September 2025, 00:16
İdman

Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo dünya çempionatının seçmə mərhələlərində vurduğu qolların sayına görə Argentina millisinin hücumçusu Lionel Messini keçib.

Şənbə günü İrəvanda Portuqaliya Ermənistanı 5:0 hesabı ilə məğlub edib. “Əl-Nəsr”in 40 yaşlı hücumçusu Ronaldo dubl edib.

Ronaldo seçmə mərhələdə 38, Messi isə 36 qol vurub. Rekordçu 39 qolla keçmiş qvatemalalı Karlos Ruizdir.

Ronaldo millinin heyətində ümumilikdə 140 qol vurub.

BakuPost