Sosial şəbəkədə biz:
U15 yaş qrupunda Avropa çempionu olan ilk qadın güləşçimiz Ülviyyə oldu
Xəbər Şəkli

U15 yaş qrupunda Avropa çempionu olan ilk qadın güləşçimiz Ülviyyə oldu

23 May 2026, 09:15
İdman

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Məlumata görə, güləşçimiz Ülviyyə Musayeva finalda türkiyəli Yağmur Minaza tam üstünlüklə (11:0) qalib gələrək U15 Avropa çempionu olub.
Beləliklə, Ülviyyə U15 yaş qrupunda Avropa çempionu olan ilk qadın güləşçimiz kimi tarixə düşüb.