Azərbaycanda kredit faizləri artıb
Bu ilin iyun ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 14,30% olub.
Kreditlər üzrə orta faiz dərəcəsi son bir ildə 0,65 faiz bəndi artıb.
Qeyd edək ki, ötən ilin iyun ayının əvvəlinə olan məlumatda kreditlər üzrə orta faiz dərəcəsinin 13,65% olduğu göstərilib.
Qeyd edək ki, son bir ildə milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi 15,04%-dən 15,65%-ə, xarici valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi isə 5,66%-dən 5,75%-ə yüksəlib.
Onu da bildirək ki, verilən kreditlərin 75,7%-i (23,4 milyard manat) paytaxt Bakının payına düşüb və burada verilən kreditlər üzrə orta faiz dərəcəsi 12,92% olub.
Azərbaycanda ən yüksək kredit faizləri Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb. Bu bölgədə kreditlər üzrə orta faiz dərəcəsi 20,54% olub.
Yeniavaz