Sosial şəbəkədə biz:
Bu avtomobillər Azərbaycanda 15 faiz bahalaşıb
Xəbər Şəkli

Bu avtomobillər Azərbaycanda 15 faiz bahalaşıb

12 May 2026, 16:30
İqtisadiyyat

Çində avtomobil satışlarının kəskin azalması və neft qiymətlərinin bahalaşması qlobal avtomobil bazarında yeni risklər yaradıb. Dünyanın ən böyük avtomobil bazarında həm benzinli, həm də elektrikli avtomobillərə tələbatın zəifləməsi sektorda qeyri-müəyyənliyi artırır. Çin istehsalçıları isə belə vəziyyətdə daha çox ixraca yönəlib.

Ekspertlər isə hesab edir ki, baş verən hadisələr dünya avtomobil bazarına da təsirsiz ötüşməyəcək. Bəs Azərbaycan avtomobil bazarında vəziyyət necə dəyişəcək?

Yaxın vaxtlarda avtomobil almaq istyənlər gözləsin yoxsa, yoxsa qiymətlər arta bilər

Nəqliyyat ekperti Eldəniz Cəfərov Qaynarinfo-ya açıqlamasına görə, müqayisə etsək görərik ki, ötən il Azərbaycanda təklif edilən Çin avtomobilləri bu il təxminən 15 faizə qədər bahalaşıb. Ekspert yaxın vaxtlarda qiymətlərin ucuzlaşacağını düşünmür:

"Bizim avtomobil bazarında adətən may ayında fəallıq müşahidə edilir. Çünki bu ayda avtomobil alanların və satanların sayı çoxalır. Əsasən may-iyun ayında ölkəyə yeni modellərin gətirlməsi prosesi başlayır, fərqli modellərin sayı çoxalır. Ona görə də alıcılar üçün may-iyunun əvvəlində avtomobil almaq daha önəmlidir”. 

Eldəniz Cəfərov vurğulayıb ki, ötən ilə nisbətən ölkəyə gətirilən Çin avtomobillərinin sayında azalma müşahidə olunacaq:

"Bu gün ucuz qiymətə təklif olunan Çin avtomobillərinin bir qismi ötən il və 2024-cü il istehsalıdır. Həmçinin ucuz qiymətə təklif olunan Çin istehsalı maşınlar istehsalçı zəmanəti olmayan və Avropa standartlarına cavab verməyən avtomobillərdir. Həmin avtomillər Çin üçün istehsal olunub. Onlar rəsmi distirbüter tərəfindən satılmırsa, vətəndaş bilməlidir ki, bu avtomobillər Çindən ikinci əl - işlənmiş kimi gətirilib. Hətta az sürülməyinə və ya təzə olmağına baxmayaraq, həmin avtomobillər rəsmi servisdən alınmayıbsa, ölkəyə ikinci əl kimi gətirilir. Ona görə də tövsiyyə edirik ki, hansı ölkədə istehsal olunmağından asılı olmayaraq, avtomobilin ən azı 3 il istehsalçı zəmanətinin olmasına diqqət edilməlidir".

Qlobal avtomobil bazarında baş verən hadisələr və artan neft qiymətlərinin bu bazara təsirləri haqqında danışan Eldəniz Cəfərov bildirib ki, "qara qızıl"la yanaşı getdikcə daşınma qiymətləri də yüksəlir:

"Lakin mövsüm boyunca qlobal bazarda qiymətlər sabit olacaq qalacaq".