Sosial şəbəkədə biz:

Natiq Cəfərli: “Neft və qeyri-neft sektoru” bölgüsü iqtisadiyyatın real mənzərəsini əks etdirmir

Natiq Cəfərli: “Neft və qeyri-neft sektoru” bölgüsü iqtisadiyyatın real mənzərəsini əks etdirmir
Xəbər Şəkli
24 September 2026, 08:29
İqtisadiyyat

İqtisadçı Natiq Cəfərli iqtisadiyyatın “neft və qeyri-neft sektoru” kimi təsnif edilməsinin düzgün yanaşma olmadığını bildirib.

Natiq Cəfərli qeyd edib ki, iqtisadi göstəricilərin daha düzgün qiymətləndirilməsi üçün “resurs və qeyri-resurs sektoru” bölgüsündən istifadə etmək daha məntiqlidir.

Onun sözlərinə görə, bu yanaşma tətbiq edildikdə ölkə iqtisadiyyatının real vəziyyəti daha aydın görünür və iqtisadiyyatın resurslardan nə dərəcədə asılı olduğu daha dəqiq müəyyənləşir.

İqtisadçı hesab edir ki, iqtisadiyyatın strukturunu qiymətləndirərkən yalnız neft sektoruna deyil, ümumilikdə resurs gəlirlərindən asılı olan sahələrə kompleks şəkildə yanaşmaq lazımdır.