Sosial şəbəkədə biz:

Siqaret və digər məhsulların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri artırıldı - SİYAHI

Siqaret və digər məhsulların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri artırıldı - SİYAHI
Xəbər Şəkli
14 November 2026, 10:36
İqtisadiyyat

Bir sıra məhsulların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir.

Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilib.

Dəyişikliyə əsasən, bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının dərəcələri 2030-cu il dekabrın sonunadək dəyişdirilir. Belə ki, həmin tarixədək idxal olunan nərə balığı kürüsünə 15%, lakin hər kiloqram üçün 200 ABŞ dollarından az olmamaq şərtilə gömrük rüsumu tətbiq ediləcək. Hazırda bu rüsum idxal dəyərinin 15%-ni təşkil edir.

Siqar, siqaret və siqarillalar üçün rüsum 15%, lakin hər 1000 ədəd üçün 3 ABŞ dollarından az olmamaq şərtilə müəyyənləşdirilib. Hazırda hər 1000 ədəd üçün rüsum 0,5 ABŞ dollarıdır.

Polivinilxloridlə (PVC) hopdurulmuş və ya üzlənmiş tekstil parçalarına tətbiq olunan gömrük rüsumu isə əvvəlki 0 və ya 5%-dən 15%-ə qaldırılıb.