Sosial şəbəkədə biz:

Nazir müavininin oğluna 1,8 milyonluq tender verildi

Nazir müavininin oğluna 1,8 milyonluq tender verildi
Xəbər Şəkli
22 September 2026, 07:55
İqtisadiyyat

“Azərenerji” ASC mövcud 1C proqram təminatının yenilənməsi xidmətlərinin satınalınması ilə bağlı müqavilə imzalayıb.

Tender müqaviləsi “ATL Tech” MMC ilə bağlanıb.

Dövlət şirkəti xidmətlərlə bağlı MMC-yə 1 mln 792 min 594 manat ödəniş edilməsi ilə bağlı razılığa gəlib.

Qeyd edək ki, “Atl Tech” MMC-nin qanuni təmsilçisi Rəşad Mirzəyevdir. O, fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyevin oğludur.      Ölkə.az