Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan şəxsə bəraət verilib.
Bu cinayət işini məhkəmənin sədri, hakim İsmayıl Xəlilov araşdırıb.
İş üzrə iki nəfər - Mircəmil Məmmədov və tanışı Şakir Əmirov mühakimə edilib.
M.Məmmədov yalnız zərərçəkmiş “Azhur Holding” MMC-yə məxsus 180 min manatın dələduzluq yolu ilə ələ keçirilməsi epizodu üzrə ittiham olunub. İttiham aktındakı digər epizodlarda isə onun adı çəkilməyib.
Amma o, ilk gündən ittihamı qəbul etməyib, cinayətlə əlaqəsinin olmadığını bəyan edib. Vəkili Ruzi Səmədov da məhkəmə istintaqı boyu müvəkkilinin təqsirsizliyini təsdiq edən dəlil və sübutlarla çıxış edib, yekunda bəraət hökmü çıxarılmasını xahiş edib.
Vəkil Ruzi Səmədov
Prokuror son çıxışında müttəhimlərin ikisini də təqsirli bilib, qanunauyğun cəzalandırılmasını tələb etsə də, hakimlər bununla tam razılaşmayıb.
Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən Mircəmil Məmmədovun həqiqətən də hazırkı cinayətlə əlaqəsi yoxdur, ona qarşı irəli sürülmüş ittihamlar əsaslı deyil.
Hökmə əsasən, bu günə qədər polis nəzarətində olan M.Məmmədova bəraət verilib. Ona bəraət alması ilə əlaqədar gələcəkdə təzminat tələb etmək hüququ izah edilib. Mircəmillə birgə ittiham olunan Şakir isə külli miqdarda dələduzluqda təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hökm çıxaran İsmayıl Xəlilov məhkəmə sədri olduğu üçün icraatına nadir hallarda iş verilir. Bu, onun araşdırdığı 2 işdən biri idi. İş üzrə iki nəfər - Mircəmil Məmmədov və tanışı Şakir Əmirov mühakimə edilib.
M.Məmmədov yalnız zərərçəkmiş “Azhur Holding” MMC-yə məxsus 180 min manatın dələduzluq yolu ilə ələ keçirilməsi epizodu üzrə ittiham olunub. İttiham aktındakı digər epizodlarda isə onun adı çəkilməyib.
Amma o, ilk gündən ittihamı qəbul etməyib, cinayətlə əlaqəsinin olmadığını bəyan edib. Vəkili Ruzi Səmədov da məhkəmə istintaqı boyu müvəkkilinin təqsirsizliyini təsdiq edən dəlil və sübutlarla çıxış edib, yekunda bəraət hökmü çıxarılmasını xahiş edib.
Vəkil Ruzi Səmədov
Prokuror son çıxışında müttəhimlərin ikisini də təqsirli bilib, qanunauyğun cəzalandırılmasını tələb etsə də, hakimlər bununla tam razılaşmayıb.
Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən Mircəmil Məmmədovun həqiqətən də hazırkı cinayətlə əlaqəsi yoxdur, ona qarşı irəli sürülmüş ittihamlar əsaslı deyil.
Hökmə əsasən, bu günə qədər polis nəzarətində olan M.Məmmədova bəraət verilib. Ona bəraət alması ilə əlaqədar gələcəkdə təzminat tələb etmək hüququ izah edilib. Mircəmillə birgə ittiham olunan Şakir isə külli miqdarda dələduzluqda təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hökm çıxaran İsmayıl Xəlilov məhkəmə sədri olduğu üçün icraatına nadir hallarda iş verilir. Bu, onun araşdırdığı 2 işdən biri idi.